Füzulidə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycan təmsilçiləri ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq başa vurublar.
İdman.Biz xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə Əlimurad Hacızadə birinci, Nuran Rəhimli isə ikinci yerə layiq görülüb.
Bürünc medalları isə Azərbaycan təmsilçiləri Hüseyn Səmədli və Elmir Tarverdiyev qazanıblar. Hüseyn Səmədli 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kanoe qayığı üzrə 200 metr məsafədə, Elmir Tarverdiyev isə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığı üzrə 200 metr məsafədə üçüncü yerə layiq görülüb.
Daha sonra reqatanın ilk gününün yekunlarına əsasən mükafatlandırma mərasimi keçirilib. Gənclər və idman naziri Farid Qayıbov uğur qazanan Azərbaycan təmsilçilərinə medalları təqdim edib.

13:59
Füzulidə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycan təmsilçisi Hüseyn Səmədli bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, o, 1 nəfərlik kanoe qayığı üzrə 200 metr məsafədə üçüncü olub.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin ilk mərhələsi Füzulidə yerləşən Köndələn su anbarında təşkil olunur. Sentyabrın 30-u və oktyabrın 1-də isə yarışın bütün növləri və məsafələri üzrə mübarizə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.
12:21
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib.
İdman.Biz xəbər verir ki, reqata Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin ilk mərhələsi Füzulidə Köndələn su anbarında baş tutur. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq. Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
09:30
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək.
İdman.Biz xəbər verir ki, turnirin ilk mərhələsi Köndələn su anbarında baş tutacaq.
Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Humay İsgəndərova
