Polşanın Poznan şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko çıxışını başa vurub.
İdman.Biz Polşadan xəbər ki, təmsilçimiz 500 metr məsafəsində B finalında mübarizə aparıb. 10-18-ci yerlər uğrunda keçirilən yarışda Smilovenko 2:10,09 nəticə ilə ikinci olub.
Beləliklə, Tatyana Smilovenko dünya çempionatını 11-ci pillədə başa vurub.
O, daha əvvəl 200 metr məsafəsində yarımfinalda çıxış edib, lakin növbəti mərhələyə vəsiqə qazana bilməyib.
