Millinin debütantı: “Tezliklə uğur qazanmaq istəyirəm”

Xəbərlər
22 Dekabr 2023 14:15
186
Millinin debütantı: “Tezliklə uğur qazanmaq istəyirəm”

“Komandada əhval-ruhiyyə yüksək səviyyədədir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətində akademik avarçəkmə üzə millinin heyətinə yeni cəlb olunan Murad Sadıqov deyib.

O bildirib ki, gələcək yarışlara hazırlıq məqsədi ilə məşqlərə başlayıb: “Mingəçevirdəki baza çox yaxşıdır. Burada ilin bütün fəsillərində, hətta qışda belə məşq keçmək mümkündür. Həm ərazisi genişdir, həm də idman zalları böyükdür. Buna uyğun olaraq məşqlərimiz yüksək səviyyədə keçirilir. Özümə nümunə kimi götürdüyüm dünya səviyyəli avarçəkənlər var. Onların da məşqlərini davamlı olaraq izləyirəm. Tezliklə beynəlxalq yarışlar başlayacaq. Uğur qazanmaq və qalib olmaq istəyirəm”.

Qeyd edək ki, akademik avarçəkmə üzrə Azərbaycan millisinə ukraynalı mütəxəssis Vladimir Morozov baş məşqçi təyin olunub.

İdman.biz