Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Paris-2024 Yay Olimpiya Oyunlarının təxirə salınma ehtimalını qəti surətdə təkzib edib.
İdman.biz xəbər verir ki, dünyada baş verən qalmaqallardan sonra belə bir ehtimal meydana çıxıb.
“Hazırda dünyada çox gərgin geosiyasi vəziyyət yaranıb. Olimpiadanı buna qurban vermək tamamilə yalnış addım olardı. Hökümətlər və dövlətlər arasında bir çox müharibələr olsa da, idmançılar həmişə Olimpiya Oyunlarında iştirak ediblər. Bu, Olimpiya missiyasıdır. BMT-nin hesabatına görə, hazırda dünyada 28 müharibə var. Bizim missiyamız – idmançılar və idmanın humanitar missiyasıdır”, - deyə Bax açıqlamasında bildirib.
Qeyd edək ki, Paris-2024 Olimpiadası gələn iyulun 26-da start götürüb, avqustun 11-də başa çatacaq.
İdman.biz