Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında güləşçimiz Maqomedxan Maqomedovun Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı olması ilə bağlı paylaşım edib.
İdman.biz xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovu bürünc medal qazanması münasibətilə təbrik edirəm! İdmançımıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
İdman.biz