Paris-2024: On beşinci günün GÜNDƏLİYİ

Xəbərlər
10 Avqust 2024 08:00
1 028
Paris-2024: On beşinci günün GÜNDƏLİYİ

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün daha 39 dəst medal sahibini tapacaq.

Bununla da artıq yekunlaşan proqramların ümumi sayı 316-ya çatacaq. Əvvəlki 14 gündə 277 mükafat dəsti uğrunda yarış baş tutub.

Azərbaycan millisi iki növdə təmsil olunacaq. Olimpiadanın on beşinci günündə azarkeşlərimizin diqqəti sərbəst güləş və bədii gimnastikaya yönələcək.

10 avqust

13:00. Sərbəst güləş, 65 kq
1/8 final
Hacı Əliyev

13:00. Sərbəst güləş, 97 kq
1/8 final
Maqomedxan Maqomedov

16:00. Bədii gimnastika, qrup hərəkətləri
Final mərhələsi
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan

21:55. Sərbəst güləş, 125 kq
Bürünc medal görüşü
Giorgi Meşvildişvili

İdman.biz