"Ferrari" pilotu Şarl Lekler avtoidmanın Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsini arzulayır.
İdman.biz xəbər verir ki, monakolu sürücü bunu müsahibəsində deyib.
Lekler bildirib ki, "Formula-1" yarışının Olimpiadada təşkili digər növlərə nisbətən daha çətindir: "Avtomibil idmanının olimpiadanın proqramına daxil edilməsi əla olardı. Düşünürəm ki, bu idmanı növünü Oyunlarda təşkili daha çətin ola bilərdi. Biz "Formula-1"də müxtəlif komandalar və müxtəlif maşınlarda iştirak edirik. Böyük məmnuniyyətlə Monakonu olimpiadada təmsil edərdim. Belə kiçik ölkənin nümayəndəsi olmaq şərəfdir".
Qeyd edək ki, Şarl Paris-2024 Yay Olimpiya Oyunlarında ənənəvi məşəl daşınması mərhələsində iştirak edib. O, bunu edən ilk monakolu kimi tarixə düşüb.
İdman.biz