Diana Dımçenko: “İlk iki yerdən birini tutsaydım...”

Xəbərlər
3 Avqust 2024 14:28
356
Diana Dımçenko: “İlk iki yerdən birini tutsaydım...”

“Olimpiadadakı çıxışım zamanı çox şey alınmadı. Psixoloji cəhətdən toparlanmağım istədiyim kimi olmadı”.

Bunu İdman.bizə Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında 17-ci olan idmançımız çıxışını dəyərləndirib: “Böyük yarış idi. Yaxşı da formada idim. Amma mövsüm bir az qeyri-sabit keçdi. Bu da ən vacibdir. Psixoloji cəhətdən çətindir. Yaxşı mövqedə olmayanda narazı qalıram. Daha yaxşı nəticə istəyirdim. Ən vacib mərhələ 1/4 final idi. Orada ilk iki yerdən birini tutsaydım, sonrakı mübarizə üçün əsasım olacaqdı. Mən isə 4-cü yeri tutdum. Finalda liderlər mübarizə aparırdı. Amma medal şansı olmayan mərhələlərdə çıxış etməli oldum. Yarışlara çox emosional hazırlaşıram”.

Qeyd edək ki, Dımçenko C finalında 5-ci yeri tutaraq yekunda 17-ci olub.

İdman.biz