Paris-2024: Azərbaycan 2 qızılla 15-ci pillədə

Xəbərlər
1 Avqust 2024 20:45
1 195
Paris-2024: Azərbaycan 2 qızılla 15-ci pillədə

Azərbaycan Olimpiya yığması Paris-2024 Olimpiadasında 2-ci medalını qazanıb.

İdman.biz xəbər verir ki, Zelim Kotsoyevin qələbəsi ölkəmizi 2 qızılla sıralamada 15-ci pilləyə yüksəldib.

Azərbaycan dünyanın bir çox ölkələrini arxada qoyub. Maraqlıdır ki, finalda Kotsoyevin məğlub etdiyi idmançının təmsil olunduğu Gürcüstan ölkəmizdən 1 pillə geri qalır. Qonşu ölkənin hesabında 1 qızıl, 2 gümüş var.

Medal cədvəlinə Çin başçılıq edir. Asiyalıların qazandıqlar 22 medaldan 11-i qızıldır.

Paris-2024 Olimpiadasında medal sıralaması

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Medal sayı

1

Çin

11

7

4

22

2

Fransa

8

11

8

27

3

Yaponiya

8

3

4

15

4

Avstraliya

7

6

4

17

5

ABŞ

6

13

12

31

6

Böyük Britaniya

6

7

7

20

7

Cənubi Koreya

6

3

3

12

8

İtaliya

4

6

4

14

9

Kanada

2

2

3

7

10

Almaniya

2

2

2

6

11-12

Niderland

2

2

1

5

Yeni Zelandiya

2

2

1

5

13

Rumınya

2

1

1

4

14

Honkonq

2

0

2

4

15

AZƏRBAYCAN

2

0

0

2

16

Gürcüstan

1

2

0

3

17

İsveç

1

1

2

4

İdman.biz