Paris-2024: Dımçenko üçün son rəqiblər

Xəbərlər
31 İyul 2024 13:42
385
Paris-2024: Dımçenko üçün son rəqiblər

Azərbaycan avarçəkəni Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarındakı son çıxışının vaxtı və rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, təmsilçimiz avqustun 3-də start xəttinə çıxacaq.

Diananın qatılacağı C finalı Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. O, 1-ci zolaqda mübarizə aparacaq.

Dımçenkonun rəqibləri Keniya Leçuqa Alanis (Meksika), Payge Badenhorst (CAR), Yovana Arsiç (Serbiya), Nina Kostanşek (Sloveniya), Beatris Kunya Tavares Kardoso (Braziliya) olacaq.

Qeyd edək ki, Diana Paris-2024-ə bu növdə qatılan yeganə təmsilçimizdir.

İdman.biz