"Bəzi səhvlər var və onların üzərində işləyəcəm".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan boksçusu Malik Həsənov (63,5 kq) deyib.
Təmsilçimiz Paris-2024 Olimpiadasının boks yarışlarında ilk görüşdə Laşa Quruliyə (Gürcüstan) uduzaraq, mübarizəni dayandırıb. Malik rəqibin döyüşdən yayındığını bildirib: "Hər şey qaydasında idi. Sadəcə, rəqib döyüşdən yayınırdı. Hakim ona xəbərdarlıq verməli idi, amma bunu etmədi. Növbəti yarışlarda bu məğlubiyyətin əvəzini çıxıb çempionluğu qeyd edərik".
Qeyd edək ki, boks millimiz Parisə 5 idmançı ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) ilk görüşdə qalib gələrək 1/4 finala yüksəlib.
İdman.biz