Keişa Fatimə Zəhra: “Olimpiadada çıxış etdiyim üçün özümlə fəxr edirəm”

Xəbərlər
29 İyul 2024 11:39
303
Keişa Fatimə Zəhra: “Olimpiadada çıxış etdiyim üçün özümlə fəxr edirəm”

“Yaxşı oynamadım, amma pis də çıxış etmədim”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını dəyərləndirib. Qrupda ikinci görüşündə böyük britaniyalı Kirsti Gilmora 0:2 (13:21, 11:21) hesabı ilə uduzaraq yarışla vidalaşan idmançı bildirib ki, Olimpiadada mübarizə belə göstəricidir: “Bəli, görüşdə səhv buraxdım. Amma Olimpiadada çıxış etdiyim üçün özümlə fəxr edirəm. Bu mənim ilk Oyunlarım idi. Məni həmişə dəstəklədikləri üçün federasiyaya, məşqçimə və ailəmə təşəkkür edirəm. Qalib, ya məğlub olmağıma baxmayaraq”.

Qeyd edək ki, Zəhra I turda çinli Bing Jiao Heyə məğlub olub.

İdman.biz