Triantlonçuların Paris-2024-dəki üzgüçülük məşqi Sena çayının çirkli olması üzündən ləğv edilib.
İdman.biz xəbər verir ki, bununla bağlı Paris-2024 Olimpiadasının Təşkilat Komitəsi və Dünya Triatlonu birlikdə açıqlama yayıb.
Açıqlamada son 48 saatda Fransa paytaxtında yağan yağışlardan sonra çayda suyun keyfiyyətinin aşağı düşdüyü bildirilib. Bəyanatda idmançı sağlamlığının əsas olduğu vurğulanıb: "Əsas idmançı sağlamlığıdır. Dünya Triatlonu yarışın keçiriləcəyinə tam təminat verməyib. Amma 48 saatlıq hava proqnozuna görə suyun keyfiyyəti starta kimi (30 iyul) əvvəlki vəziyyətinə qayıda bilər".
Əgər suyu keyfiyyət tələb olunan səviyyəyə yüksəlməsə triatlon yarışları bir neçə gün təxirə salına bilər. Digər variant isə Paris yaxınlığındakı Marne çayında üzgüçülük mübarizəsinin təşkilidir.
Qeyd edək ki, Azərbaycanı triatlonda Rostislav Pevtsov təmsil edəcək.
İdman.biz