Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək 3x3 basketbol üzrə qadınlardan ibarət millimizin oyun təqvimi müəyyənləşib.
İdman.biz xəbər verir ki, yığmamız ilk görüşünü iyulun 30-da İspaniyaya qarşı keçirəcək.
Turnirin reqlmentinə görə, 8 komandanın mübarizə apardığı qrup mərhələsində ilk 2 yeri tutan millilər yarımfinala vəsiqə əldə edəcəklər. 3-6-cı yeri tutan yığmalar isə 1/2 finala yüksələcək növbəti iki xoşbəxti müəyyənləşdirəcəklər.
Basketbol 3x3, qrup mərhələsi
30 iyul
23:00. İspaniya - AZƏRBAYCAN
31 iyul
23:30. ABŞ - AZƏRBAYCAN
1 avqust
14:30. AZƏRBAYCAN - Fransa
20:30. Almaniya - AZƏRBAYCAN
2 avqust
11:30. Avstraliya - AZƏRBAYCAN
19:30. Çin - AZƏRBAYCAN
3 avqust
19:30 Kanada - AZƏRBAYCAN
Qeyd edək ki, Olimpiya çempionu avqustun 5-də keçiriləcək final matçında bəlli olacaq.
İdman.biz