Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində BAYRAQDARLARIMIZ

Xəbərlər
19 İyul 2025 14:34
50
Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində BAYRAQDARLARIMIZ

Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimində bayrağımızı daşıyacaq paralimpiyaçılarımız məlum olub.

İdman.biz xəbər verir ki, bayraqdarlarımız Paralimpiya Oyunlarının bürünc medalçısı parataekvondoçumuz Sabir Zeynalov və boccia üzrə idmançımız Fidan Səfquliyeva olacaq.

Açılış mərasimi 24 iyulda Cebeci İdman Kompleksində keçiriləcək.

İdman.biz