“Çox sevincliyəm, bu cür hissləri yaşamaq hər bir idmançıya nəsib olmur”.
Bunu İdman.bizə Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi parataekvondçu İmaməddin Xəlilov (70 kq) deyib.
O, Prezident İlham Əliyevin Paralimpiadada medal qazanan idmançıları, onların məşqçilərini təltif etməsinə münasibət bildirib. Xəlilov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğu üçün Azərbaycan Prezidentinə öz dərin minnətdarlığını bildirib. İmaməddin Vətən qarşısında etdiklərindən qürur hissi keçirdiyini vurğulayıb: “Özümə söz vermişdim ki, Vətənim üçün nəsə etməyi bacaracam. Xoşbəxtəm ki, bunu edə bildim. Bu cür qürur hislərini yaşamaq hər bir idmançıya nəsib olmur. Bundan sonra da Vətən üçün əlimdən gələni etməyə hazıram. Şükürlər olsun ki, paralimpiadada Himnimizi səsləndirib, bayrağımızı ən ucaya qaldırdım”.
Qeyd edək ki, Fransanın paytaxtında parataekvondo üzrə millimiz medal sayına görə ikinci olub.
Banuçiçək Hüseynli
İdman.biz