Orxan Aslanov dünya çempionu olub

Xəbərlər
21 May 2024 10:21
351
Orxan Aslanov dünya çempionu olub

Azərbaycanın daha bir paraatleti Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, Orxan Aslanov T-13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,18 m nəticə ilə dünya çempionu tituluna yiyələnib.

Bu, Paralimpiya çempionumuzun mundailda ilk uğurudur.

Qeyd edək ki, Aslanovadək Lamiyə Vəliyeva (100 m, qaçış) və Səid Nəcəfzadə (uzunluğa tullanma) də dünya çempionu tituluna yiyələnib.

İdman.biz