Parataekvondoçumuz Muju Qran-prisində finala yüksəlib - YENİLƏNİR

4 Sentyabr 2026 11:02
131
Parataekvondoçumuz Muju Qran-prisində finala yüksəlib - YENİLƏNİR

Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə Qran-Pridə Azərbaycan təmsilçisi Sabir Zeynalov (58 kq) finala yüksəlib.

İdman.Biz xəbər verir ki, K44 kateqoriyasında çıxış edən parataekvondoçumuz yarımfinalda taypeyli Xiang Wen üzərində qələbə qazanıb.

Zeynalov bununla da turnirin finalına vəsiqə əldə edib.

Qeyd edək ki, Muju Qran-prisi Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

10:42

Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə Qran-pridə Azərbaycan təmsilçisi Sabir Zeynalov yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz 1/4 finalda yaponiyalı Tanaka Mitsuya qalib gələrək adını turnirin ən yaxşı dörd iştirakçısı sırasına yazdırıb.

Azərbaycanın digər təmsilçisi İmaməddin Xəlilov (70 kq) da K44 kateqoriyasında mübarizə aparır. İdmançılarımız yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edirlər.

Qeyd edək ki, Muju Qran-prisi Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

İdman.Biz