Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Şəhər Kubokunun ikinci mərhələsi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, yarışda parakamandan oxatma üzrə milli komandamızın üzvləri Şahin Cabbarov və Nurlan Babacanov da olimpiyaçılarla birlikdə mübarizə aparıblar.
Paralimpiyaçılarımız baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında çıxış ediblər.
