İtaliyanın Verona şəhərində 14-cü Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
İdman.Biz bildirir ki, İtaliya Prezidenti Sercio Mattarellanın elan ilə yarışlar rəsmi olaraq başlayıb. Hazırda Veronada müxtəlif çıxışlar davam edir.
Daha əvvəl 13-dən çox ölkə rusiyalı və belaruslu idmançıların iştirakı səbəbindən açılış mərasimini boykot etdiyini elan etmişdi.
Həmçinin İran 2026-cı il Paralimpiya Oyunlarında iştirak etməkdən imtina edib.
