Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib - FOTO

Xəbərlər
11 Dekabr 2025 18:18
57
Azərbaycan Milli Paralimpiya Komitəsinə Lissabonda təşəkkürnamə təqdim edilib - FOTO

Dekabrın 10-da Lissabonda Portuqaliya Paralimpiya Komitəsinin (CPP) 2025-ci ilin yekunlarına həsr olunmuş qala gecəsi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən (MPK) məlumat verilib.

Bildirilib ki, qala gecəsində MPK prezidentinin müşaviri Şahin Kazımzadə CPP-nin dəvəti əsasında iştirak edib.

Tədbirdə Portuqaliya Paralimpiya Komitəsi tərəfindən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, dekabrın 9-da Ş.Kazımzadə CPP prezidenti Joze Manuel Lourenso, komitənin vitse-prezidenti, eləcə də Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leila Markes Mota və vitse-president Tyaqu Karvalyu ilə görüş keçirib.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat, tədris və birgə təlim-məşq toplanışlarının təşkili məsələlərini müzakirə ediblər.

İdman.Biz