Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Ulduz pilotları kölgədə qoyan Bakı pişiyi - FOTO - İdman və Biz

Ulduz pilotları kölgədə qoyan Bakı pişiyi - FOTO

Xəbərlər
19 Sentyabr 2025 15:56
161
Ulduz pilotları kölgədə qoyan Bakı pişiyi - FOTO

“Formula-1” Azərbaycan Qran-prisində məşhurlaşan “paddock pişiyi” dünya mediasında gündəm olub.

İdman.biz xəbər verir ki, pişik azarkeşlərin, mexaniklərin və hətta pilotların sevimlisinə çevrilib.

Aleksandr Albonun anası Kankamol Albon sosial şəbəkədə oğlunun pişiyi evlərinə aparmaq istədiyini bildirib.

“Əgər Aleksi tapsan, ona de ki, səni evimizə gətirsin. Bizimlə yaşaya bilərsən”, - deyə paylaşımında qeyd edib.

Qeyd edək ki, Albon ailəsinin evində artıq 13 pişik, bir it və hətta at da var. Pişiyin şəkil və videoları sosial şəbəkələrdə minlərlə bəyənmə toplayıb. Hətta “Mercedes” komandası onu öz zonasında qonaq edib və mini dəbilqə hədiyyə edib.

İdman.biz