Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasının medal sıralamasında Azərbaycan onuncu yerdədir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız iki qızıl və bir gümüş medal qazanıb.
Azərbaycan bu göstərici ilə İspaniya, Fransa, Braziliya, Kanada, Böyük Britaniya və bir çox başqa ölkələri qabaqlayır.
ABŞ birinci (13-8-15), Çin ikinci (9-12-3), Cənubi Koreya isə üçüncü yerdədir (7-4-11).
Zəki Feyzullayev
İdman.biz