Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti təşkilatçılığı ilə "Legends of the night" keçirilib.
İdman.biz xəbər verir ki, Dövlət Bayrağı Meydanında iki gün davam edən turnir üçüncü dəfə təşkil olunub.
Yarışda 12 peşəkar pilot iştirak edib. Pilotlar klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə 25 dövrəlik mübarizə aparıblar. Yekunda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev oldu.
Kartinq yarışlarında 12-15 yaşlı gənc pilotlar iştirak ediblər. Drift-şou zamanı Stunt Show – avtomobil və motosikletlə ekstremal tryuklar nümayiş etdirilib.
Yarışın əsas ulduzları britaniyalı avtokaskadyor, 20-dən çox dünya rekordunun sahibi Terri Qrant, Böyük Britaniyanın freestyle motosiklet çempionu Li Bauers və irlandiyalı peşəkar drift pilotu Neyl Qan olublar.
Yarışın qaliblərini Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov mükafatlandırıb.
Yarışın nəticələri:
12-15 yaşlı pilotlar
1. Teymur Rahimov
2. Rafiq Kazimli
3. Omar Şahmuradlı
Əsas yarış
1. Adil Axundov
2. Fərid Quliyev
3. Elvin Xudaverdiyev
İdman.biz