“Barselona” Dubaydakı lüks yaşayış kompleksindən ildə 10 milyon avrodan çox qazanc əldə edə bilər.
İdman.Biz xəbər verir ki, kompleks Kataloniya klubunun brendi altında tikiləcək.
Dubay yaşayış kompleksi “Barselona” üçün əhəmiyyətli gəlir gətirəcək.
“Barselona” Dubaydakı lüks yaşayış kompleksinin tikintisində və istismarında öz brendindən istifadə etməkdən qazanc əldə edəcək.
Layihənin binaları, ictimai zonaları, üzgüçülük hovuzları və digər imkanları olan mini-şəhər olduğu bildirilir.
“Mundo Deportivo”nun məlumatına görə, “Blauqrana” lisenziya müqaviləsindən ildə 10 milyon avrodan çox qazanc əldə edə bilər. Müqavilə hələ rəsmi olaraq bağlanmayıb, klub üzvlərinin ümumi yığıncağında təsdiqini gözləyir.
