Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
21 Noyabr 2023 12:24
240
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi regionlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, noyabrın 20-26-da bölgələrimizdə müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Basketbol üzrə 2009-2010, 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında Sumqayıt şəhər birinciliyi - 21-24 noyabr, saat 10:00 (“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Ümumtəhsil müəssisələri arasında kros üzrə rayon birinciliyi – 22 noyabr, saat 11:00 (Xızı rayonu);
- Voleybol üzrə 2007-ci il və daha kiçik təvəllüdlü qızlar arasında Sumqayıt şəhər birinciliyi - 22-25 noyabr, saat 14:00 (Sumqayıt şəhəri, 20 nömrəli tam orta məktəb);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 2005-2008, 2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi – 23-24 noyabr, saat 10:00 (“Qarabağ” NN stolüstü tennis bazası);
- “İdman hamı üçün” layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar – 24 noyabr, saat 19:00 (Abşeron rayonu, Qobu qəsəbəsi);
- “Heydər Əliyev İli” çərçivəsində boks üzrə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında açıq birincilik – 24-27 noyabr, saat 14:00 (“Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Üzgüçülük üzrə 2009-2010, 2011-2012, 2013-2014, 2015-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi – 25 noyabr, saat 11:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq birincilik – 25-26 noyabr, saat 9:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Abşeron rayon birinciliyi – 25-26 noyabr, saat 10:00 (Abşeron rayonu, AAAF Park Yaşayış Kompleksi);
- Qılıncoynatma üzrə 2011-2012, 2013-2014, 2015-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi – 26 noyabr, saat 10:00 (Sumqayıt Dövlət Universitetinin lll tədris korpusu);
- “Azərbaycan Respublikası Oyama Döyüş Növləri İdman Klubu” İctimai Birliyinin kyokuşin karate növü üzrə (İFK) açıq klub birinciliyi – 26 noyabr, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- “Heydər Əliyev İli"nə həsr olunmuş 2006-2008, 2009-2011-ci il və daha kiçik yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə rayon turniri - 21 noyabr, saat 15:00 (Qobustan rayon UGİM);
- “Heydər Əliyev İli"nə həsr olunmuş məktəblilər arasında dama üzrə rayon turniri - 21-22 noyabr, saat 15:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" - 22 noyabr, saat 15:00 (İsmayıllı rayonu, Heydər Əliyev adına Park);
- I və II Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş həvəskarlar arasında stolüstü tennis üzrə rayon çempionatı - 24 noyabr, saat 15:00 (İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” idman tədbiri - 24 noyabr, saat 10:00 (Şamaxı rayon stadionu).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Şahmat üzrə Gəncə şəhər birinciliyinin finalı - 20 noyabr, saat 16:00 (Gəncə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- ''Voleybol hamı üçün'' devizi altında voleybol üzrə nümunəvi çıxışlar - 21 noyabr, saat 11:00 (Goranboy rayonu, Faxralı kənd tam orta məktəbin idman zalı);
- "İdman hamı üçün" lahiyəsi ilə əlaqədar olaraq voleybol üzrə nümunəvi çıxışlar - 21 noyabr, saat 15:30 (Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb);
- Voleybol üzrə Azərbaycan çempionatının ev oyunları yarışı - 21 noyabr, saat 17:30 (Gəncə Olimpiya İdman Kompleksi);
- Futbol bölmələri arasında yoldaşlıq oyunu - 22 noyabr, saat 15:00 (Göygöl Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 23 noyabr, saat 15:00 (Goranboy rayonu, Qaraçinar kənd tam orta məktəbi);
- 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Gəncə şəhər birinciliyi - 26-29 noyabr, saat 15:00 (“Gəncə” boks zalı).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Ağdam Şəhər Günü münasibətilə müxtəlif idman növləri (sərbəst güləş, cüdo, kikboksinq, taekvando, alpaqut, kyokuşinkaykan karate) üzrə nümunəvi hərəkətlər - 20 noyabr, saat 16:00 (Ağdam Olimpiya İdman Kompleksi);
- Kikboksinq üzrə nümunəvi çıxışlar - 23 noyabr, saat 15:00 (Füzuli rayonu, Horadiz Olimpiya İdman Kompleksləri);
- “Heydər Əliyev İli”nə həsr edilmiş boks üzrə açıq Tərtər turniri - 22-23 noyabr, saat 10:00 (Tərtər Olimpiya İdman Kompleksi);
- “Heydər Əliyev İli”nə həsr olunmuş atletika üzrə yeniyetmə və gənclər arasında rayon turniri – 24 noyabr, saat 10:00 (Ağcabədi Olimpiya İdman Kompleksi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Basketbol hamı üçün" idman tədbiri - 23 noyabr,
saat 12:00 (Y.Sadıqov adına Tovuz rayon Bozalqanlı kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Voleybol hamı üçün" idman tədbiri - 23 noyabr,
saat 12:00 (Ə.Hüseynov adına Ağstafa şəhər 1 saylı tam orta məktəbi);
- Yeniyetmələr arasında stolüstü tennis üzrə turnir - 24 noyabr, saat 17:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- “Heydər Əliyev ili”nə həsr olunmuş həndbol üzrə yeniyetmələr arasında rayon birinciliyi - 25-26 noyabr, saat 11:00 (Qazax Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Məktəblilər arasında stolüstü tennis üzrə zona birinciliyi - 22-23 noyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə Siyəzən rayon birinciliyi - 23-24 noyabr, saat 10:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 23 noyabr, saat 15:00 (Şabran rayonu, "Bayraq Meydanı" stadionu);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə Xaçmaz rayon açıq birinciliyi - 25 noyabr, saat 10:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məktəblilər arasında qol güləşi üzrə təlim məşqləri - 25 noyabr, saat 11:00 (Qusar rayonu, 3 saylı tam orta məktəbi);
- Taekvondo üzrə yeniyetmələr və gənclər arasında Quba rayon birinciliyi - 26 noyabr, saat 11:00 (Quba rayonu, Taekvondo idman zalı);
- Yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Quba rayon açıq birinciliyi - 26 noyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- “Ümummilli lider Heydər Əliyevin 100 illik” xatirəsinə həsr olunmuş karate-do üzrə cənub regional turniri - 26 noyabr, saar 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində açıq idman tədbiri - 25 noyabr, saat 16:00 (Lənkəran rayonu, Akademik Z.Əliyeva küçəsi, "Sağlam məhəllə" idman zonası);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində sərbəst güləş üzrə master-klas - 22 noyabr, saat 15:00 (Cəlilabad rayonu, Mərkəzi park Əhmədoğlu FK);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 24 noyabr, saat 17:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- “Yeniyetmə oğlan və qızlar arasında” dama yarışı - 22 noyabr, saat 10:00 (Lerik rayonu, 3 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində turnikdə dartınma üzrə açıq idman tədbiri - 26 noyabr, saat 15:00 (Lerik rayonu, Heydər Əliyev Meydanı);
- Voleybol idman növü üzrə qızlar arasında idman oyunu – 22 noyabr, saat 11:00 (Yardımlı rayonu, 4 saylı tam orta məktəb);
- Karate üzrə nümunəvi çıxışlar - 24 noyabr, saat 11:00 (Yardımlı rayonu, Köpryədi kənd tam orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Voleybol hamı üçün” idman tədbiri - 22 noyabr, saat 15:00 (Masallı rayonu, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəb);
- “Heydər Əliyev İli” çərçivəsində Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülük üzrə rayon turniri - 23 noyabr, saat 10:00 (Masallı rayonu, Masallı Olimpiya İdman Kompleksi);
- Sağlam həyat tərzi və idmanın təbliği ilə bağlı şagirdlərlə maarifləndirici görüş - 24 noyabr, saat 11:00 (Masallı rayonu, R.Əlihəsənov adına 1 sayli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Atletika hamı üçün” təlim məşqləri - 23 noyabr, saat 16:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Şanlı Zəfər tariximizə həsr olunmuş minifutbol üzrə rayon çempionatı - 8-30 noyabr, saat 16:00 (Zərdab rayonu, minifutbol stadionu);
- “Sağlam həyat” devizi altında yeniyetmələr arasında atletika üzrə rayon turniri - 23 noyabr, saat 12:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- Kikboksinq üzrə uşaqlar, kadetlər və yeniyetmələr arasında Göyçay şəhər açıq birinciliyi - 25-26 noyabr, saat 10:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- Üzgüçülük üzrə açıq şəhər birinciliyi - 26 noyabr, saat 9:00 (Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə zona birinciliyi - 23 noyabr, saat 15:00 (İmişli Olimpiya İdman Kompleksi);
- Cüdo üzrə Sabirabad rayon birinciliyi - 24 noyabr, saat 16:00 (N.Nərmanov adına 2 saylı orta məktəb);

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş minifutbol üzrə idarə, təşkilatlar və bələdiyyələr arasında rayon birinciliyi - 10-30 noyabr, saat 15:00 (Qax rayon mərkəzi şəhər stadionu);
- Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyi - 20 noyabr - 12 dekabr, saat 15:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə UGİM-nin birinciliyi - 20 noyabr, saat 10:00 (Qax rayon stadionu);
- Azyaşlılar arasında şahmat üzrə yarış - 22 noyabr, saat 15:00 (Zaqatala Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında futbol üzrə birincilik - 22-23 noyabr, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Böyüklər arasında stolüstü tennis üzrə rayon birinciliyi - 25 noyabr, saat 15:00 (Balakən Olimpiya İdman Kompleksi);
- UGİM bölmələri arasında yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 24 noyabr, saat 10:00 (Şəki Olimpiya İdman Kompleksi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- "Sağlam həyat, sağlam gələcək" devizi altında 3x3 basketbol üzrə Qubadlı rayon məktəbli oğlanlar arasında rayon birinciliyi - 20-24 noyabr, saat 10:00 (Qubadlı rayonu, Abşeron rayonu, St.Sumqayıt, Hal kənd tam orta məktəbi);
- "25 Noyabr - Kəlbəcər Şəhəri Günü"nə həsr olunmuş sərbəst güləş üzrə 2009-2011-ci il təvəllüdlü idmançılar arasında rayon birinciliyi - 24-25 noyabr, saat 10:00 (Kəlbəcər rayonu, Gəncə Olimpiya İdman Kompleksi);
- İdarə, müəssisə və təşkilatlar (həvəskarlar) arasında milli idman növü - nərd üzrə rayon çempionatı - 25 noyabr, saat 10:00 (Cəbrayıl rayonu. Biləsuvar rayonu, 6 saylı Cəbrayıl qəsəbəsi);
- Cüdo üzrə 2010-2012-ci il təvəllüdlü idmançılar arasında açıq Laçın rayon birinciliyi - 25-26 noyabr, saat 10:00 (Laçın rayonu. Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi, 552 nömrəli tam orta məktəb).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “Milli Dirçəliş Günü”nə həsr edilmiş 2007-2008-ci il təvəllüdlü məktəblilər arasında pnevmatik tüfəngdən atıcılıq üzrə rayon birinciliyi – 21 noyabr, saat 10:00 (Biləsuvar Peşə Liseyi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə nümunəvi çıxışlar - 23 noyabr, saat 15:00 (Neftçala rayonu, H.Cavid adına mərkəzi istirahət parkını);
- “TOPLA” layihəsi çərçivəsində oğlanlar arasında voleybol üzrə şəhər birinciliyi – 24 noyabr, saat 10:00 (Hacıqabul rayonu, 5 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Şahmat hamı üçün” devizi altında nümunəvi çıxışlar - 24 noyabr, saat 15:00 (Salyan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol idman növü üzrə ustad dərsi - 25 noyabr, saat 11:00 (Hacıqabul rayonu, Meynəman kənd tam orta məktəbi).

İdman.biz