Bakı çempionatının qalibləri bəlli olub – FOTO

Xəbərlər
1 İyul 2025 10:15
39
Bakı çempionatının qalibləri bəlli olub – FOTO

Bilyardın “Pool Nine Ball” növü üzrə Bakı çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, 3 gün davam edən yarışda kişi və qadınlar arasında ən güclülər bəlli olub.

Kişilərin mübarizəsində Murad Fəttayev qızıl medala yiyələnib. Elnur Nuriyev ikinci, Ruslan Əmiraslanovla Orxan Rzayev üçüncü yeri tutublar.

Qadınların yarışında ən güclü Mina Nəsirova olub. Zəhra Abbasova gümüş, Valeriya Konkina və Zəminə Yolçuzadə bürünc mükafata yiyələniblər.

İdman.biz