Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 2 - 8 iyun tarixlərində paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.
🔹 Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa və beynəlxalq tennis turnirləri (12-18 yaşlararası və 18-dən yuxarı) – 19 aprel - 8 iyun (Bakı);
🔹 Elektron idman növləri üzrə ("League of Legends") Liqa I mövsüm (Qala liqası) – 14 may - 12 iyun (Bakı);
🔹 Badminton üzrə U17 ölkə birinciliyi – 30 may - 2 iyun (Bakı);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş atletika üzrə Binəqədi rayon turniri - 2-3 iyun, saat 10:00 (244 nömrəli tam orta məktəb);
🔹 Peşəkar Çövkən Liqası (9-cu tur) – 3-4 iyun (Bakı);
🔹 Stend atıcılığı üzrə ölkə birinciliyi – 3-7 iyun (Bakı);
🔹 Sabunçu rayon tam orta ümumtəhsil məktəblərinin müəllimləri arasında badminton üzrə turnir - 4 iyun, saat 10:00 (148 nömrəli tam orta məktəb);
🔹 Səbail rayon məktəbliləri arasında Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol turniri - 5 iyun, saat 10:00 (İdman və istirahət parkı);
🔹 Xətai rayon məktəbliləri arasında kəndirlə mübarizə üzrə rayon turniri - 5 iyun, saat 10:00 (Kaspi liseyi);
🔹 Velosipedin MTB XCO növü üzrə bütün kateqoriyalar arasında ölkə kubokunun II mərhələsi - 5-6 iyun (Bakı);
🔹 Üzgüçülük üzrə ölkə açıq yay çempionatı – 5-8 iyun (Bakı);
🔹 Atletika üzrə ölkə çempionatı – 6-7 iyun (Bakı);
🔹 Cıdır üzrə klublararası yarış – 7 iyun (Bakı);
🔹 Milli Qurtuluş gününə həsr olunmuş 2012-2013-cü il təvəllüdlü idmançılar arasında cüdo üzrə Pirallahı rayon turniri - 8 iyun, saat 10:00 (Şağan Olimpiya İdman Kompleksi).
İdman.biz