Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
27 May 2025 12:46
55
Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, 26 may – 1 iyun tarixlərində paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

🔹 Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa və beynəlxalq tennis turnirləri (12-18 yaşlararası və 18-dən yuxarı) – 19 aprel - 8 iyun (Bakı);
🔹 Həndbol üzrə kişilər və qadınlar arasında ölkə kuboku – 26 aprel - 28 may (Bakı);
🔹 Elektron idman növləri üzrə ("League of Legends") Liqa I mövsüm (Qala Liqası) – 14 may - 12 iyun (Bakı);
🔹 Səbail rayon məktəbliləri arasında Müstəqillik Gününə həsr olunmuş 3x3 basketbol turniri - 23 may, saat 9:30 (İdman və istirahət parkı);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəblilər arasında şahmat üzrə Xəzər rayon turniri - 24-28 may, saat 10:00 (149 nömrəli tam orta məktəb);
🔹 Uşaq, yeniyetmə və gənclər arasında boks üzrə Qaradağ rayon turniri - 26 may, saat 10:00 (11 saylı Uşaq-Gənclər İdman Məktəbi);
🔹 Pirallahı rayonu məktəbliləri arasında Müstəqillik Gününə həsr olunmuş qızlar arasında minifutbol turniri - 26 may, saat 11:00 (231 saylı tam orta məktəb);
🔹 Taekvondo üzrə nümunəvi çıxışlar - 26 may, saat 11:00 (Sabunçu rayonu, Maştağa İstirahət Parkı);
🔹 Basketbol üzrə qadınlar arasında "FIBA 3x3 W Seriyası" - 26-27 may (Bakı);
🔹 Müstəqillik Gününə həsr olunmuş Xətai rayon orta ümumtəhsil işçiləri arasında badminton turniri - 27 may, saat 9:30 (260 nömrəli tam orta məktəb);
🔹 Müstəqillik Gününə həsr olunmuş təhsil işçiləri arasında badminton üzrə Suraxanı rayon turniri - 27 may, saat 10:00 (87 saylı tam orta məktəb);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə inklüziv şagirdlərdən ibarət komandalar arasında minifutbol üzrə Xəzər rayon turniri - 27 may, saat 10:00 (12 nömrəli xüsusi internat məktəbi);
🔹 Stronqmen üzrə ölkə çempionatı – 28 may (Naxçıvan);
🔹 2010-2011-ci il təvəllüdlü məktəbli qızlar arasında voleybol üzrə Qaradağ rayon turniri - 28-29 may, saat 10:00 (106 nömrəli tam orta məktəb);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə idman festivalı - 29 may, saat 10:00 (216 nömrəli tam orta məktəb);
🔹 Stolüstü tennis üzrə ölkə çempionatı U-13 - 29-31 may (Bakı);
🔹 Futbol üzrə Azərbaycan-Litva qadınlar arasında Millətlər Liqası – 30 may (LİV Bona Dea arena);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş uşaqlar arasında "Şən startlar" əyləncəli idman oyunu - 30 may, saat 10:00 (Sabunçu rayonu, 337 nömrəli körpələr evi-uşaq bağçası);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 4-cü sinif şagirdləri arasında șən startlar əyləncəli idman tədbiri - 30 may, saat 10:00 (278 saylı tam orta məktəb);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nizami rayon məktəbliləri arasında "Cırtdan" yarışı - 30 may, saat 10:00 (Nizami rayonu, 70 nömrəli məktəb-lisey);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 3 və 4-cü sinif şagirdləri arasında șən startlar əyləncəli idman oyunları - 30 may, saat 10:00 (288 saylı tam orta məktəbin idman zalı);
🔹 Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş minifutbol üzrə məktəblilər arasında Yasamal rayon turniri - 30 may, saat 10:00 (286 nömrəli tam orta məktəb);
🔹 Atletika üzrə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi – 30-31 may (Bakı);
🔹 Konkur üzrə klublar kuboku – 30-31 may (Bakı);
🔹 Voleybol üzrə qadınlar arasında Avropa Qızıl Liqası I turniri - (Macarıstan-Azərbaycan - 30 may, saat 18:00, Sloveniya-Macarıstan – 31 may, saat 18:00, Azərbaycan-Sloveniya – 1 iyun, saat 18:00 (Bakı, GİN Voleybol Mərkəzi));
🔹 Badminton üzrə U17 ölkə birinciliyi – 30 may - 2 iyun (Bakı);
🔹 Trek növü üzrə "Temp növləri üzrə Ölkə Kubokunun II mərhələsi" (bütün kateqoriyalar) – 31 may - 1 iyun (Bakı);
🔹 Cüdo üzrə Xəzər rayon turniri - 1 iyun, saat 10:00 (Hövsan Olimpiya İdman Kompleksi).

İdman.biz