Azərbaycan millisi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında daha bir medal qazanıb.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, parabadmintonçumuz Ayan Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, qızıl medal qazanıb.
Bununla da yığmamızın Gimnaziadada qazandığı medalların sayı 26-ya yüksəlib. Komandamız daha öncə 8 qızıl, 6 gümüş və 11 bürünc medala sahib olub.
İdman.biz
