Azərbaycanın bodibildinq komandası Santa Susannada (İspaniya) keçirilən dünya çempionatında uğurlu çıxışını davam etdirir.
İdman.biz xəbər verir ki, “Masters” yarışında Vüqar Verdiyev gümüş mükafata layiq görülüb.
O, ötənilki dünya çempionatında əldə etdiyi nəticəni təkrarlayıb. Vüqar, həmçinin bu mövsüm Avropa çempionu olub.
Beləliklə, komandanın artıq dörd mükafatı var. Bundan əvvəl Hidayət Məhərrəmli bədən quruluşu üzrə mütləq çempion olub və kateqoriyasında birinci olub. Kişilərin bədən quruluşu (çimərlik bodibildinqi) yarışında isə Əli Qurbanlı bürünc medal qazanıb.
Zəki Feyzullayev
İdman.biz