Gənclər və İdman Nazirliyinin kollektivi Xocalı faciəsinin qurbanlarını anıb - FOTO

26 Fevral 2025 14:58
338
Gənclər və İdman Nazirliyinin kollektivi Xocalı faciəsinin qurbanlarını anıb - FOTO

Bu gün Xocalı soyqırımından 33 il ötür.

İdman.biz xəbər verir ki, tarixin qanlı faciələrindən biri olan Xocalı hadisələrinin ildönümü ölkəmizdə dərin kədərlə qeyd olunur, minlərlə insan Xocalı soyqırımı abidəsini ziyarət edir.

Gənclər və İdman Nazirliyinin kollektivi də abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini anıb.

İdman.biz