Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
11 Noyabr 2024 18:04
94
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, noyabrın 11–17-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

- Şahmat üzrə kişilər arasında Avropa çempionatı (şəxsi) – 7-20 noyabr (Monteneqro, Petrovac);

- Qılıncoynatma üzrə (şpaqa) yeniyetmə oğlanlar və qızlar arasında “Cadet Cirkuit” yarışı – 11-15 noyabr (Slovakiya, Bratislava);

- Kəmər güləşi üzrə 2004-2006-cı il təvəllüdlü yeniyetmələr və gənclər arasında dünya çempionatı – 13-16 noyabr (Rusiya, Kazan);

- Bilyard üzrə “EuroTour men” – “Dynamic Billard Antalya Open Presented by TBF” / L-G-U19-M-U17-S45-W-WC-U23-S55 – 14-16 noyabr (Türkiyə, Antalya-Belek);

- Şahmat üzrə oğlanlar və qızlar arasında 8-12 yaş üzrə dünya çempionatı – 14-27 noyabr (İtaliya, Montelsilvano);

- Cüdo üzrə oğlanlar və qızlar arasında U-23 Avropa birinciliyi – 15-17 noyabr (Polşa, Pila);

- WKF üzrə Macarıstan “Open Grand Prix” beynəlxalq turniri – 16 noyabr (Macarıstan, Budapeşt);

- Qılıncoynatma (sablya) üzrə gənc oğlanlar arasında Dünya Kuboku – 16-17 noyabr (Özbəkistan, Daşkənd);

- Qılıncoynatma (şpaqa) üzrə gənc oğlanlar və qızlar arasında açıq turnir – 16-17 noyabr (Türkiyə);

- Qılıncoynatma (şpaqa) üzrə gənc oğlanlar və qızlar arasında “Cadet Circuit” yarışı – 16-17 noyabr (Bolqarıstan, Sofiya);

- Şahmat üzrə veteranlar arasında dünya çempionatı – 16-29 noyabr (Portuqaliya, Porto-Santo);

- WKF üzrə “Latviya Open” beynəlxalq turniri – 17 noyabr (Latviya, Salaspils);

- Bilyard üzrə “Sərbəst piramida” dünya çempionatı – 17-24 noyabr (Rusiya, Novosibirsk).

İdman.biz