Azərbaycan idmançılarının oktyabrın 1-nə olan reytinq cədvəli açıqlanıb

Xəbərlər
3 Oktyabr 2023 09:43
300
Azərbaycan idmançılarının oktyabrın 1-nə olan reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıya bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

Onun aktivində 610 xal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (540 xal), stend atıcılığı üzrə qarışıq yığma üçüncü (460 xal) pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Azərbaycan idmançılarının 2023-cü ilin oktyabr ayına olan reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

https://www.mys.gov.az/uploaded/uploaded/reytinq-oktyabr-2023-qisa.pdf (YÜKLƏ)

Azərbaycan idmançılarının 2023-cü ilin oktyabr ayına olan ətraflı (yarışlar və qazanılmış xallarla) reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

/reytinq-oktyabr-2023-genis.pdf (YÜKLƏ)

Növlər üzrə reytinq hesablanma cədvəllərinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

/xal_hesablama_cdvli.pdf (YÜKLƏ)

İdman.biz