İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
3 İyun 2024 20:34
133
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, iyunun 3-9-da müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Boks üzrə kişilər və qadınlar arasında II Olimpiya lisenziya turniri – 23 may - 3 iyun (Tailand, Banqkok);
Güllə atıcılığı üzrə Avropa çempionatı (25/50/300 metr) – 23 may - 9 iyun (Xorvatiya, Osijek);
Kapoeyra üzrə Avropa çempionatı – 30 may - 3 iyun (Macarıstan, Budapeşt);
Para-güllə atıcılığı üzrə Avropa çempionatı – 30 may - 7 iyun (İspaniya, Qranada);
Güllə atıcılığı üzrə İSSF Dünya Kuboku – 1-7 iyun (Almaniya, Münhen);
Minifutbol üzrə "Avro 2024" – 1-8 iyun (Sarayevo);
Şahmat üzrə oğlanlar və qızlar arasında 20 yaşadək gənclərin dünya çempionatı – 1-14 iyun (Gandhinagar, Gujarat-Hindistan);
Cüdo üzrə U-21 gənc oğlanlar, qızlar arasında Avropa kuboku və BTMT - 1-15 iyun (Qraz, Avstriya);
Paraüzgüçülük üzrə Dünya seriyası – 4-10 iyun (Limoj, Fransa);
Padel tennisi üzrə Avropa çempionatı – 5-10 iyun (Norveç, Oslo);
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında reytinq xarakterli beynəlxalq turnir – 6-9 iyun (Macarıstan, Budapeşt);
Həndbol üzrə yeniyetmə oğlanlar arasında Avropa çempionatına hazırlıq üzrə beynəlxalq turnir – 6-13 iyun (Rusiya, Həştərxan);
Atletika üzə Avropa çempionatı – 7-12 iyun (İtaliya, Roma);
3x3 vasketbol üzrə qadınlar və kişilər arasında Avro Kubokun təsnifat mərhələsi – 8-9 iyun (Pristina, Kosovo);
Taekvondo üzrə "Lux Open" – 8-9 iyun (Luksemburq);
Pauerliftinq və bench-press üzrə Avropa çempionatı – 9-15 iyun (Finlandiya, Salo).

İdman.biz