İşğaldan azad edilmiş bölgələrdə ilk - FOTO

Xəbərlər
29 May 2024 08:25
309
İşğaldan azad edilmiş bölgələrdə ilk - FOTO

Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində "Sağlam həyat" günlərinə start verib.

İdman.biz xəbər verir ki, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetirirlər.

Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunur.

Qeyd edək ki, "Sağlam həyat" günləri layihəsi işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə ilk dəfə təşkil olunur.

İdman.biz