Sumoçularımızdan Avropa çempionatında uğurlu göstərici - FOTO

Xəbərlər
27 May 2024 12:38
97
Sumoçularımızdan Avropa çempionatında uğurlu göstərici - FOTO

Yunanıstanın Lutraki şəhərində sumo üzrə Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, U-21 yaş kateqoriyası üzrə idmançılarımızdan Abdullah Şərif (85 kq) qızıl, Cavidan Nəhmətov (77 kq) və Fərid Əhmədov (92 kq) bürünc medala sahib olublar.

U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kq) gümüş, Xasay Yusif (115 kq və mütləq çəki) 2 bürünc medala layiq görülüblər. Digər idmançılarımızdan Cavidan Nəhmətov (77 kq) və Məhəmməd Əliyev (70 kq) bürünc medala layiq görülüblər.

Böyüklər arasında Çingiz Səmədov (100 kq) gümüş, Abdullah Şərif (85 kq) və Rəsul Məmmədzadə (77 kq) bürünc medal qazanıblar.

Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında da üçüncü olub.

İdman.biz

Məqalədə: