UFC 300 nəfəsləri kəsəcək: Makqreqorun dönüşü, Cons və Fyurinin döyüşü

Xəbərlər
14 Sentyabr 2023 12:17
110
UFC 300 nəfəsləri kəsəcək: Makqreqorun dönüşü, Cons və Fyurinin döyüşü

2024-cü ilin yazında UFCsevərləri möhtəşəm bir turnir gözləyir. Təşkilatçılar hələ də bütün iştirakçılarla razılığa gəlməyiblər. Amma gözləntilər yüksəkdir.

İdman.biz xəbər verir ki, yubiley nömrəli turnir keçiriləcək - UFC 300. Liqanın rəhbərləri tarixi və inanılmaz bir turnir etmək istəyirlər. Potensial döyüşlər haqqında şayiələr yavaş-yavaş mətbuata sızmağa başlayıb.

Konor Makqreqorun dönüşü reallaşa bilər

Gecənin əsas hadisəsinin Konor Makqreqorun çoxdan gözlənilən qayıdışı olacağı ilə bağlı söhbətlər getdikcə artır. Bəzi pərəstişkarlar hətta Notoriousun UFC 300-də yarışmaq üçün xüsusi olaraq Maykl Çandlerlə qarşı döyüş keçirmədiyi qənaətindədir. Əgər irlandiyalı yaxın gələcəkdə bütün lazımi testlərdən keçərsə, biz onu “səkkizbucaq”da izləyə biləcəyik. Tarixi bir tamaşada iştirak etmək imkanı Konoru özünə cəlb edə bilər.

İslam Maxaçev Aleksand Volkovskiyə qarşı

Digər səs-küylü hadisə isə rusiyalı İslam Maxaçevlə Aleksandr Volkanovski arasında qarşıdurma olacaq. Aydın idi ki, qisas yalnız zaman məsələsidir. Ən yaxşı seçim isə inanılmaz diqqəti cəlb edəcək yubiley nömrəli turnirdir.

Volkanovskinin özü də artıq UFC 300-də mübarizə aparmaq arzusunda olduğunu bildirib: “UFC 300-də İslamla revanş döyüşü keçirmək istərdim? Əlbəttə. Belə böyük turnirdə qalib gələ biləcəyimi nəzərə alsaq, bu, əla, hətta ideal olardı. Hər şeyin necə olacağını zaman göstərəcək. Düşünürəm ki, döyüşümüz bu gün təşkil oluna biləcək ən səs-küylülərdən biridir. İnsanların bizim intiqamımızı gözləyəcəklərinə də şübhə etmirəm. Rəqabətli döyüş olacaq və bu dəfə qalib gələcəyimə zəmanət verirəm”.

Gündəmdə Conc Cons Tayson Fyuri döyüşü

Qarışıq döyüş sənətinin pərəstişkarları bu günə qədər fantastik bir seçim kimi görünən, lakin reallığa çevrilə biləcək döyüşü gözləyirlər. Con Cons dopinq qalmaqalına görə UFC 200-ün yubileyini buraxıb. Amma o, növbəti belə tədbirdə çıxış etməyə borcludur. Lakin onun rəqibi olacağı proqnozlaşdırılan Sergey Pavloviç deyil. Amerikalının Stipe Mioçiçlə döyüşdən sonra təqaüdə çıxması ehtimalı var. UFC 300-də o, Tayson Fyuri ilə döyüşəcək. Qaraçı kralı artıq bu tədbir üçün liqadan müqavilə aldığını açıqlayıb. Lakin döyüşçülər hələ yekun qərar verməyiblər.

Yalnız bu gözlənilən döyüşlərdən aydın olur ki, UFC 300 həqiqətən də tarixi hadisəyə çevrilmək potensialına malikdir. Əsas odur ki, təşkilat faktiki olaraq bütün bu planları həyata keçirə bilsin. UFC 200 ərəfəsində də fantastik anons var idi. Lakin zamanla bunun gözlənilən olmadığını gördük. Artıq Dana Uaytın səhvləri üzərində işləyəcəyinə inam var. Bu da ona arzuladığı turniri keçirməyə imkan verəcək.

Emin Ağa

İdman.biz