Bakının namizədliyi ilə bağlı təqdimat keçirilib - FOTO

Xəbərlər
21 Aprel 2024 20:37
239
Bakının namizədliyi ilə bağlı təqdimat keçirilib - FOTO

Bakı şəhərinin namizədliyi 2026-cı ildə dünyanın "İdman Paytaxtı" seçilmək üçün irəli sürülüb.

İdman.biz xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə nüfuzlu yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançıların maraqlı videoçarxı təqdim olunub. Daha sonra Bakı şəhərinin dünyanın "İdman Paytaxtı" olmağa hazır olduğunu əks etdirən təqdimat nümayiş etdirilib.

Təqdimatda Azərbaycanın mövcud idman infrastrukturu barədə məlumat verilib. Həmçinin Azərbaycanın bir sıra irimiqyaslı beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmək baxımından böyük təcrübəsinin olduğu vurğulanıb.

Qeyd edək ki, tədbirdə Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Komitəsinin nümayəndələri də iştirak ediblər.

İdman.biz