ACES-in prezidenti: “İnanıram ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”

Xəbərlər
21 Aprel 2024 17:22
133
ACES-in prezidenti: “İnanıram ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”

“Bakını çox sevirəm. Azərbaycanı, xüsusilə də Gəncəni çox yaxşı tanıyıram”.

İdman.biz xəbər verir ki, bunu Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti Qian Francesco Lupattelli Milli Gimnastika Arenasında “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, 9 fərqli ölkədən olan nümayəndələrlə Bakıya gəlmişik: “Gözəl təqdimat oldu. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçiləcək. 2027-ci il üçün digər namizəd şəhərlərimiz var”.

Banuçiçək Hüseynli
İdman.biz