Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
15 Aprel 2024 18:14
Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, aprelin 15-21-də paytaxtda müxtəlif idman növü üzrə yarışlar keçiriləcək.

Şahmat üzrə kişilər arasında ölkə çempionatı - şəxsi – 10-24 aprel (Bakı);
Elektron idman növləri üzrə "DOTA 2" ölkə birinciliyi – 13-20 aprel (onlayn);
Heydər Əliyevin xatirəsinə həsr olunmuş 12 yaşlı yeniyetmələr arasında reytinqli Avropa tennis turniri – 15-21 aprel (Bakı);
Kapoeyra üzrə Batizado-kəmər imtahanları, beynəlxalq seminar – 19-20 aprel (Bakı);
Bədii gimnastika üzrə Dünya Kuboku – 19-21 aprel (Bakı);
Stolüstü tennis üzrə ölkə çempionatı – 20-21 aprel (Bakı);
Trek üzrə ölkə kuboku II mərhələ (bütün kateqoriyalar) – 20-21 aprel (Bakı);
Karate üzrə "WKF Grand Prix" Azərbaycan beynəlxalq turniri – 20-21 aprel (Bakı);
Stronqmen, strikt karl və strit liftinq üzrə ölkə çempionatı – 20-21 aprel (Bakı);
Elektron idman növləri üzrə "Mobile Legends" ölkə birinciliyi – 20 aprel - 4 may (onlayn);
Atletika üzrə "Hyundai Run" həvəskarlar arasında kütləvi qaçış turniri – 21 aprel (Bakı).

İdman.biz