Autizm sindromlu uşaqlar üçün Cıdır Atçılıq Mərkəzində tədbir - FOTO - VİDEO

Xəbərlər
2 Aprel 2024 15:23
173
Autizm sindromlu uşaqlar üçün Cıdır Atçılıq Mərkəzində tədbir - FOTO - VİDEO

2 aprel - Dünya Autizm Məlumatlandırma gününə həsr olunmuş autizm sindromlu uşaqlar üçün tədbir keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə Cıdır Atçılıq Mərkəzində baş tutub.

Atlar ilə terapevtik ünsiyyət vasitəsilə autizm sindromlu uşaqlarda müxtəlif disfunksional vəziyyətləri və psixi pozğunluqları aradan qaldırmaq mümkündür. Bu səbəbdən də tədbirə Autizm Mərkəzində müalicə alan uşaqlar cəlb edilib.

Bu, həm uşaqların asudə vaxtını səmərəli təşkilinə, həm də reabilitasiyasına hesablanıb.

Qeyd edək ki, tədbirə Autizm Mərkəzində müalicə alan 16 uşaq bu qatılıb.

Banuçiçək Hüseynli
İdman.biz