Federasiyanın İdarə Heyətinə seçkilər keçirilib

Xəbərlər
23 Fevral 2024 21:13
128
Federasiyanın İdarə Heyətinə seçkilər keçirilib

Bu gün Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

İdman.biz xəbər verir ki, toplantıda gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirak edib.

Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın İdarə Heyətinə seçkilər keçirilib. Rauf Süleymanov, Bəxtiyar Quliyev və Azər Məhərrəmov heyətə üzv seçiliblər.

Sonda federasiyanın prezidenti Rauf Bünyadəliyev çıxış edərək, təşkilatın gələcək fəaliyyət planları barədə məlumat verib. O, yeni seçilən İdarə Heyəti üzvlərinə uğurlar arzulayıb.

İdman.biz

Məqalədə: