Yalınayaq qaçdı və qızları naminə yürüşün qalibi oldu: 47 yaşlı hindistanlı qadının şücaəti - VİDEO

3 Sentyabr 2026 00:31
99
Yalınayaq qaçdı və qızları naminə yürüşün qalibi oldu: 47 yaşlı hindistanlı qadının şücaəti

Hindistanın Maharaştra ştatının sakini Ramabay Ranvir həyat yoldaşının vəfatından sonra qızlarının təhsil pulunu qazanmaq üçün yerli qaçış yarışında bütün məsafəni yalınayaq qaçaraq qalib gəlib.

İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, çətin həyat şəraiti ilə üzləşən və qızları ilə tək qalan 47 yaşlı qadın inanılmaz əzmkarlıq nümayiş etdirib və mükafatlandırılıb.

Ambacoqay şəhərində yerli bayram keçirilirdi. Təşkilatçılar öz yaş kateqoriyasında Ramabay Ranvirin də qatıldığı kross yarışı təşkil ediblər. Məktəb aşpazı işləyən 47 yaşlı qadın 3 km məsafəyə adi başmaqlarla çıxıb. Lakin onlar ayağından sürüşməyə başladığı üçün qadın ayaqqabılarını çıxarıb və qaçışı yalınayaq davam etdirib.

Maraqlıdır ki, bu, onun daha hazırlıqlı və daha yaxşı geyinmiş rəqiblərini qabaqlayaraq marşrutu birinci başa vurmasına heç bir maneə törətməyib.

Yekunda Ranvir üç min rupi qazanıb ki, bu da təxminən Azərbaycan milli valyutası ilə 60 manata bərabərdir. Hindistanın kənd yerindən olan aztəminatlı ailə üçün bu, hiss olunacaq dərəcədə böyük məbləğdir. Qadın bu pulu qızlarının təhsilinə xərcləməyi planlaşdırır.

İdman.Biz