53 yaşlı müəllimə bir saata 1826 jim edərək dünya rekordu qırdı - FOTO/VİDEO

24 Avqust 2026 14:14
84
53 yaşlı müəllimə bir saata 1826 jim edərək dünya rekordu qırdı

ABŞ-li bədən tərbiyəsi müəlliməsi Laura Hunt bir saat ərzində 1826 jim edərək “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İdman.Biz xəbər verir ki, 53 yaşlı Huntun nəticəsi “Ginnesin Rekordlar Kitabı” tərəfindən rəsmən təsdiqlənib.

Hunt bununla qadınlar arasında bir saatda ən çox jim etmə rekordunu yeniləyib. Əvvəlki rekord 2024-cü ildə 59 yaşlı kanadalı Donna Jean Vilde məxsus olub. O, 60 dəqiqə ərzində 1575 jim edib. Hunt bu nəticəni 251 təkrar üstələyib.

Pitsburq Universitetinin Falk məktəbində bədən tərbiyəsi müəllimi və atletika koordinatoru kimi çalışan Hunt rekord cəhdinə ciddi hazırlaşıb. O, məşqlər zamanı həftədə orta hesabla 5500 jim etdiyini bildirib.

Rekord cəhdi zamanı idmançının yanında müstəqil şahid, fitnes mütəxəssisi və iki vaxtölçən olub. Nəticənin təsdiqlənməsi üçün proses bir neçə kamera ilə də qeydə alınıb.

Qeyd edək ki, qadınlar arasında bir saatda ən çox jim etmə üzrə hazırkı rekord 1826 təkrardır. Kişilər arasında isə bu göstərici 3378 jimlə Pop Laurentiuya məxsusdur.

İdman.Biz