Azərbaycan komandaları Londonda iki qızıl medal qazandı - FOTO

11 Avqust 2026 11:29
133
Azərbaycan komandaları Londonda iki qızıl medal qazandı - FOTO

Azərbaycan komandaları Böyük Britaniyanın London şəhərində keçirilən robototexnika üzrə “IWISE London Global Final” yarışında uğurlu nəticələrə imza atıblar.

İdman.Biz xəbər verir ki, “JoshuaTech” komandası “Labirint” kateqoriyasında 18 komanda arasında birinci yeri tutaraq qızıl medal qazanıb.

“Dinoco” komandası isə “Footballbot Robot” kateqoriyasında 14 rəqibini qabaqlayaraq yarışın qalibi olub.

Beləliklə, Azərbaycan təmsilçiləri Londondakı beynəlxalq yarışdan iki birinciliklə ayrılıblar.

İdman.Biz