Ağdam Olimpiya İdman Kompleksinin nəzdində yerləşən alpaqut zalı təmirdən sonra yenidən istifadəyə verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Alpaqut Federasiyası məlumat yayıb.
Bildirilib ki, açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov, federasiyanın Qarabağ Regional Nümayəndəliyinin sədri Kənan Quliyev və idmançılar iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 25-də Ağdam Olimpiya İdman Kompleksində şəhid leytenant Sərvan Göyüşovun xatirəsinə həsr olunmuş Qarabağ Açıq Turniri keçiriləcək.
