Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti ilə görüşüb - FOTO

19 Oktyabr 2026 15:49
145
Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Oktyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şo ilə görüşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanda sumonun inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də bu idman növünün ölkəmizdə təşviqi və populyarlığının artırılması məsələləri müzakirə olunub.

Hakuho Şo sumo üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

İdman.Biz