ABŞ-li bloqer və boksçu kolleksiya kartını hərracda rekord qiymətə satıb - FOTO

16 Fevral 2026 18:45
180
ABŞ-li bloqer və boksçu kolleksiya kartını hərracda rekord qiymətə satıb - FOTO

Məşhur ABŞ-li boksçu və bloqer Loqan Paul “Pikachu Illustrator” kolleksiya kartını hərracda 16 milyon 492 min ABŞ dollarına satıb.

İdman.Biz xəbər verir ki, bu məbləğ istənilən növ kolleksiya kartı üçün mütləq rekord hesab olunur.

“Pikachu Illustrator” kartı 1998-ci ildə məhdud sayda - cəmi 39 nüsxədə buraxılıb. Kartın dizaynı Pikachu obrazının yaradıcılarından biri sayılan yapon illüstrator Atsuko Nishida tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Pikachu Illustrator” kartı dünyada ən nadir və bahalı “Pokemon” kolleksiya kartlarından biridir və məhdud sayda istehsal olunub.

İdman.Biz