Qarışıq döyüş sənətləri üzrə azərbaycanlı döyüşçü Asəf Çopurov Bakıda keçirilən AIGA Avrasiya Çempionatı 2026 (Absolute International Grappling Association - qrapplinq üzrə peşəkar turnirlər təşkil edən beynəlxalq promouşen) turnirində böyük qələbəyə imza atıb.
İdman.Biz xəbər verir ki, onun rəqibi vaxtilə UFC-də çıxış etmiş qazaxıstanlı Sergey Morozov olub.
Görüş qrapplinq qaydaları ilə baş tutub və Azərbaycan təmsilçisi üstünlüyünü erkən nümayiş etdirib. Çopurov əl ilə üçbucaq fəndi tətbiq edərək Morozovu boğub və qarşılaşmanı vaxtından əvvəl başa vurub.
Beləliklə, karyerasını bərpa edərək yenidən döyüşə qayıdan Morozov Bakıdakı sınaqda məğlub olub, Çopurov isə statusunu bir daha təsdiqləyib.
